00:26 16-04-2020
news_image
209
FUTBOL

Federasiya məhkəmə ilə hədələndi

Koronavirus pandemiyası ilə bağlı dayandırılan İtaliya A seriyası bərpa olunmasa yerli futbol federasiyası məhkəməyə verilə bilər.

Apasport.az saytının məlumatına görə, bunu "Latsio"nun mətbuat xidmətinin rəhbəri Arturo Diakonale deyib.

O bildirib ki, çempionat mütləq bərpa edilməlidir. Hətta paytaxt təmsilçisinin bununla bağlı təkliflərini də çatdırıb: "Sağlamlıqla bağlı tədbirlər alındıqdan sonra çempionatı davam etdirmək olar. Məsələn, futbolçular matçlara çıxmamışdan əvvəl koronavirus testindən keçirilsinlər. Onlar həkimlərin nəzarəti altında bazada qalsınlar, bu formada bir müddət təcrid vəziyyətində yaşasınlar. Mövsüm meydanda tamamlanmalıdır. Əgər belə olmasa, gələn mövsüm də məhv olacaq və məsələ məhkəməyə qədər uzanacaq".

Qeyd edək ki, İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina daxili birinciliklərin mayda bərpasını planlaşdırdıqlarını açıqlayıb.