01:11 16-04-2020
news_image
167
FUTBOL

“Milan”la “Tottenhem” arasında seçim edəcək - Emerson

İspaniyanın “Barselona” klubunun futbolçusu Emerson komandadan ayrıla bilər.

Apasport.az saytının məlumatına görə, sağ cinah müdafiəçisi karyerası “Böyük beşliy”in digər liqalarında davam etdirmək variantlarını nəzərdən keçirir.

İki klub 21 yaşlı braziliyalının xidmətində maraqlıdır. Bunlar İtaliya “Milan”ı və İngiltərə “Tottenhem”idir.

Qeyd edək ki, “Barselona” Emersonu 2019-cu ilin yayında “Atletiko Mineyro”dan 12 milyon avroya alıb.