09:41 16-04-2020
news_image
239
FUTBOL

"Azərbaycanla oyunda həyəcanlı olduğum yadımdadır" - rusiyalı futbolçu

"Debütümü Azərbaycanla matçda etdiyimi xatırlayıram".

Apasport.az saytının məlumatına görə, bunu Rusiya yığmasının yarımmüdafiəçisi Maqomed Ozdoyev deyib.

"Zenit"in futbolçusu yerli mətbuata geniş müsahibəsində əsas millidəki debütünü yada salıb. O, 2014-cü ildə yığmamıza qarşı "Ximki Arena"da keçirilən yoldaşlıq görüşündə ilk dəfə meydana çıxdığını və həyəcanlı olduğunu söyləyib: "Açığı, hesab dəqiq yadımda deyil. Deyəsən 4:0 hesabı ilə qalib gəlmişdik. Zaman tez keçir, hər şeyi unuduram. Amma həyəcanlı olduğum yaxşı yadımdadır. Həyəcanı yenməyin tək yolu isə ilk 3 ötürmənin dəqiq olmasıdır. Yanındakına, arxandakına və ya önündəkinə ötürmə verməyin fərqi yoxdur. Əsas odur ki, dəqiq olsun. Mən bunu etdim, dərhal özüməinam yarandı".

Qeyd edək ki, 2014-cü il sentyabrın 3-də baş tutan Rusiya - Azərbaycan qarşılaşmasında Maqomed Ozdoyev fasilədən sonra meydana daxil olub. Rusların 4:0 hesabı ilə qalib gəldiyi görüşdə Aleksandr Kerjakov dubl edib, digər qollara isə Sergey İqnaşeviç və Vladimir Qranat imza atıb.