11:25 16-04-2020
news_image
145
FUTBOL

"Çempionatı bərpa etmək çətin olacaq" - Serxio Buskets

"Barselona"nın yarımmüdafiəçisi Serxio Buskets La Liqanın bərpa olunacağına inanmır.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu koronavirus pandemiyası ilə əlaqədar dayandırılan çempionatın davam etdirilməsinin çətin olacağını düşünür.

Busketsin fikrincə, sosial məsafə qaydalarına riayət etməklə məşqlərə başlamaq olar: "Protokol qaydalarına riayət etmək şərti ilə məşqə başlaya bilərik. Belədə komanda yoldaşlarımızla təmasdan qaçmalı olacağıq. Hər dəfə evə girəndə duş qəbul etmək və bir sıra vərdişləri davam etdirməli olacağıq. Amma düşünürəm ki, turniri davam etdirmək asan deyil".

Qeyd edək ki, La Liqada hazırda "Barselona" 56 xalla liderlik edir.