12:53 16-04-2020
news_image
115
FUTBOL

Futbola kubokla başlamaq - İtaliyada ilk plan

İtaliya Futbol Federasiyası koronavirus pandemiyası səbəbindən dayandırılan mövsümün bərpası ilə bağlı çalışmalarını davam etdirir.

Apasport.az saytının məlumatına görə, qurum artıq ilk təqvim planını hazırlayıb.

Buna əsasən, fasilədən sonra mübarizə A seriyası ilə deyil, ölkə kuboku ilə start götürəcək. Rəhbərlik İtaliya kubokunun yarımfinal mərhələsinin cavab görüşlərini mayın 27-28-də keçirməyi planlaşdırır. Yarımfinalın cavab matçlarından sonra A seriyası qaldığı yerdən davam etdiriləcək. Bununla bağlı gələn həftə keçiriləcək videokonfransdan sonra qərar verilməsi gözlənilir.

Qeyd edək ki, İtaliya kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində fevralda "İnter" - "Napoli" (0:1), "Milan" - "Yuventus" (1:1) qarşılaşmaları olub. A seriyasında mübarizə isə 26-cı turdan sonra dayandırılıb.