13:56 16-04-2020
news_image
111
FUTBOL

PSJ-nin müdafiəçisi “Arsenal”a keçir – 5 illik razılaşdı

İngiltərənin “Arsenal” klubu Fransa PSJ-nin futbolçusu Leyvin Kurzavanı transfer edir.

Apasport.az saytının məlumatına görə, London təmsilçisi müdafiəçi ilə 5 illik müqavilə barədə razılığa gəlib.

Fransa çempionu ilə müqaviləsi bu yay başa çatacaq futbolçu London klubuna azad agent kimi keçəcək. Bununla da 27 yaşlı müdafiəçinin 5 illik Paris karyerası başa çatacaq. O, 2015-ci ildə “Monako”dan 25 milyon avroya transfer olunmuşdu.

Qeyd edək ki, Kurzava cari mövsüm Liqa1-də 14 oyun keçirib, 1 qol vurub.