14:28 16-04-2020
news_image
194
FUTBOL

"Şeydayevin ideyası əla idi" - Anatoli Timoşuk

"Zenit"in köməkçi-məşqçisi Anatoli Timoşuk Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev haqda maraqlı fikir səsləndirib.

Apasport.az saytının məlumatına görə, 41 yaşlı mütəxəssis "Zenit"in sabiq forvardının koronavirus dönəmindəki paylaşımını fərqləndirib.

O, tualet kağızı ilə başladılan çelencə özünün də qatıldığını, hətta buna görə, lağa qoyulduğunu da söyləyib. Timoşuk ona söz atan Andrey Arşavin və Maqomed Ozdoyevin cavabını verdiyini də deyib: "Onlara cavablarını vermişəm. "Zenit"də oynamış Ramil Şeydayevin ideyası əla idi. O, çelencə çaydanı çiləyərək qoşulmuşdu. Bu, Ramildə pis alınmamışdı".

Qeyd edək ki, hazırda "Sabah"ın formasını geyinən Ramil Şeydayev "Zenit" klubunun yetirməsidir.