15:27 16-04-2020
news_image
528
FUTBOL

5 şəhər AVRO-2020-ni qəbul etmək niyyətini təsdiqlədi – SİYAHI

AVRO-2020-nin final mərhələsinin oyunlarına ev sahibliyi etməli olan şəhərlərdən bəzilər 2021-ci ilə təxirə salınan yarışla bağlı niyyətlərini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, beş şəhər turniri bir ildən sonra da qəbul etməyə hazır olduğunu təsdiqləyib.

Bunlar Buxarest (Rumıniya), Kopenhagen (Danimarka), Dublin (İrlandiya), London (İngiltərə) və Münhendir (Almaniya). Digər 7 təşkilatçı şəhər isə koronavirus pandemiyası üzündən bir il sonraya təxirə düşən çempionatı təşkil etmək niyyətindən dönmədiyini aprelin 30-dək təsdiqləməlidir.

Bunlardan biri Bakıdır. AFFA və yarışın Bakıdakı Təşkilat Komitəsi hələ rəsmi məlumat yaymayıb. Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) da qərarını açıqlamağa tələsmir.

Qeyd edək ki, 12 şəhərdə keçirilməli olan AVRO-2020-nin final mərhələsi 2021-ci il iyunun 11-dən iyulun 11-dək keçiriləcək.