17:56 16-04-2020
news_image
106
FUTBOL

PSJ və "Napoli" istəyir - Braziliya millisinin üzvünü

"Napoli"nin yarımmüdafiçisi Allan mövsümün sonunda komandasını dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, Braziliya millisinin üzvü iki klubdan təklif alıb.

Baş məşqçi Cennaro Qattuzo ilə münasibətləri qaydasında olmayan 29 yaşlı orta sahə oyunçusu komandasını dəyişmək fikrindədir. Hazırda PSJ və "Everton" onu heyətinə cəlb etmək istəyir. Onun transfer qiyməti 40-45 milyon avro dəyərində göstərilsə də, neapollular bu keçiddən daha çox qazanc əldə etmək niyyətindədirlər.

Qeyd edək ki, 2015-ci ildən "Napoli"nin formasını geyinən Allanın müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.