00:08 17-04-2020
news_image
166
FUTBOL

"Messi yeniləyir, Neymar gəlir" - "Barselona" üçün

"Barselona"nın sabiq vitse-prezidenti Emili Ruso klubun transfer planını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, bir neçə gün əvvəl istefaya göndərilən Ruso PSJ-nin hücumçusu Neymarın mövsümün sonunda alınacağını söyləyib.

O, həmçinin kapitan Lionel Messi ilə yeni müqavilə imzalanacağını da vurğulayıb: "Messinin yeni müqaviləsi məsələsində danışıqlar davam edir. Tərəflərdən biri fədakarlıq etməli olacaq. Yeni müqaviləyə çox yaxındırlar. Həmçinin Neymarın mövsümün sonunda "Barselona"ya qayıtma şansını yüksək görürəm. Son danışıqlar bu keçidin baş tutma ehtimalını artırıb".

Qeyd edək ki, Emili Ruso vəzifəsindən ayrıldıqdan sonra rəhbərliyi korrupsiyaya yol verməkdə ittiham etdiyi üçün klub tərəfindən məhkəməyə verilib.