10:02 17-04-2020
news_image
68
FUTBOL

İtaliyada oyunlar 2021-ci ilin martına qədər azarkeşsiz keçiriləcək

İtaliyada futbol azarkeşlərinin stadionlara girişinə uzunmüddətli qadağa qoyulacaq.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, koronavirus pandemiyası üzündən tamaşaçılar 2021-ci ilin martına qədər oyunları izləyə bilməyəcək.

Martın 10-da dayandırılan A seriyasının klublarının mayın 4-də məşqlərə başlayacağı gözlənilir. Çempionatın isə mayın 30-31-də bərpası planlaşdırılıb.

Qeyd edək ki, A seriyasında 63 xala malik “Yuventus” liderdir. İkinci pillədə qərarlaşan “Latsio” 1 xal geri qalır.