11:08 17-04-2020
news_image
79
FUTBOL

Braziliyalı müdafiəçisini satmayacaq - “Real”

İspaniyanın “Real” klubu futbolçusu Eder Militaonu satmaqdan imtina edib.

Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi 22 yaşlı braziliyalı müdafiəçinin tezliklə komandanın aparıcı futbolçularından birinə çevriləcəyini ümid edir.

Paytaxt klubu La Liqada ilk mövsümü uğurlu alınmayan cənubi amerikalını heyətdə saxlamaqda israrlıdır. Baxmayaraq ki, Ederə bir sıra klublardan təkliflər var. Onlar arasında İngiltərə “Tottenhem”i də yer alıb.

Qeyd edək ki, Militao cari mövsüm “Real”da 13 oyun keçirib.