11:42 17-04-2020
news_image
386
FUTBOL

“Çətinliyə baxmayaraq, azərbaycanlılara bu anı qiymətləndirməyi arzulayıram” – Aleksandr Səmədov

Rusiya millisinin sabiq futbolçusu Aleksandr Səmədov “moscow-baku.ru”ya müsahibə verib.

Apasport.az saytının məlumatına görə, vaxtilə Azərbaycan yığmasına da cəlb olunmuş soydaşımız koronavirus pandemiyası ilə əlaqədar yaranan karantin dövründən danışıb.

- İzolyasiyanın 3-cü həftəsi gedir. Bu dövr sizə asan gəlir?
- Özünü izolyasiya dövrü asan alınmır. O mənada ki, gündən-günə evdə olmaq heç də asan deyil. Dərk edirsən ki, hardasa orda həll olunmayan məsələlər və işlər qalıb, amma sən onlarla xüsusi bir şey edə bilmirsən. Artıq indi pandemiya bitəndən sonra ilk növbədə nə ilə məşğul olacağım barədə düşünürəm. Bu, mənim restoranım olacaq. Koronavirusun yayılması ilə bu proses dayandı. Özünü izolyasiyanın müsbət tərəfləri də var. Mən bütün vaxtımı ailəmin əhatəsində keçirirəm. Səhərdən axşama qədər uşaqlarımla keçirmək, onların necə böyüdüyünü görmək imkanım yaranıb. Bu, qiymətsizdir.

- Pandemiya dövründə insanların aktiv şəkildə bir-birinə kömək etməsi də sevindirir. Məsələn, siz bu yaxın “Dobrodomik” fondunun yaşlı insanlara vəsait toplanması ilə bağlı xeyriyyə çelencində iştirak etdiniz. Bu dövrdə ümumiyyətlə başqa kimə isə yardım edirsiniz?
- Mənə belə xeyriyyə çelencində iştirak təklif etdilər və məmnuniyyətlə razılaşdım. İnsanlara kömək etmək çətin deyil. Mənim iştirak etdiyim müxtəlif xeyriyyə aksiyaları olub. Düşünürəm ki, onları sadalamaq düzgün deyil.

- İndi pandemiya dövründə bütün turnirlər və çempionatlar ləğv olub. Bu, təkcə futbolda deyil. Bu durğunluq dövrü idmançılarda və ümumilikdə futbolda necə əks olunacaq?
- Futbolun öz önəmli tarixləri var ki, onların vaxtı çəkilir. Bütün ləğvetmələr, təxirəsalmalar əlbəttə ki, o qədər yaxşı deyil və futbola təsirini göstərəcək. İndi mən bilmirəm ki, hansı qərarlar qəbul olunacaq, federasiyalar bu vəziyyətdən necə çıxacaq, kim çempion olacaq, turnirlər ümumiyyətlə davam etdiriləcək və avrokuboklar olacaqmı. Futbolla bağlı çox məqamlar açıq qalır. Təəssüf ki, indi başqa cür olmayacaq. İstənilən halda bütün dünya idmansız darıxır və hamı futbol görmək istəyir. Buna görə də idmançılara da, azarkeşlərə də çətindir.

- Bu durumda ev karantinində olan futbolçular üçün onlayn məşq keçirmək barədə düşünməmisiniz?
- Mən öncə özümü normal formada saxlayım, o ki, başqalarına məşq keçib, futbol öyrədim. Futbol elə bir idman növüdür ki, ev şəraitində tam məşq etmək ağırdır. Düşünürəm ki, idmanla bağlı olan hər kəs məhdud şərtlərdə formanı necə saxlamağı bilir. Hər futbolçu da özü üçün ən yaxşı təmrinləri seçib ki, lazım bildiyi kimi formanı saxlasın.

- Aleksandr Səmədovun idmançılara və bütün azərbaycanlılara dəstək sözləri...
- Bilirəm ki, Azərbaycanda koronavirusun ölkədə yayılmasının  qarşısını maksimal dərəcədə almaq üçün bütün tədbirlər görülüb. Hər yer bağlıdır, hər şey nəzarətdədir, yardım göstərilir. Azərbaycan dünyanın digər ölkələri kimi vəziyyətin öhdəsindən birləşərək gəlir. Bütün vəziyyətin çətinliyinə baxmayaraq, azərbaycanlılara bu anı qiymətləndirməyi arzulamaq istəyirəm. Əlbəttə, bu çətin vaxtda böyük səbir və evdə qalmağı, sağlamlıq arzulayıram.