12:49 17-04-2020
news_image
150
FUTBOL

Faciədən sağ çıxdı, koronavirusdan öldü

"Liverpul" azarkeşi Deyv Roland koronavirusdan ölüb.

Apasport.az saytının məlumatına görə, qəribə burasındadır ki, fanat 1989-cu ildəki faciədən sağ çıxan insandır.

"Hillsbro" stadionunda baş vermiş faciə zamanı möcüzə sayəsində sağ qalan 65 yaşlı Roland koronavirusa məğlub olub. O, şəhər xəstəxanasında bu xəstəlikdən ölüb. 1989-cu ildəki faciədən sonra Deyv Roland arenadakı dağıntıların içində oturaraq ağladığı yerdə çəkilən şəkillə məşhurlaşıb.

Qeyd edək ki, Hillsbro faciəsi 1989-cu il aprelin 15-də İngiltərə Federasiya Kubokunun "Nottingem Forest" - "Liverpul" oyunu zamanı baş verib. Həmin hadisə nəticəsində "Liverpul"un 96 azarkeşi ölüb.