13:12 17-04-2020
news_image
180
FUTBOL

“İnter” Almaniyadan hücumçu alacaq – Martinesin əvəzinə

İtaliyanın “İnter” klubunun heyətinə qatmaq istədiyi hücumçu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi Almaniyanın “Leypsiq” klubunun forvardı Timo Vernerlə müqavilə bağlamaq niyyətindədir.

Milan klubunun 24 yaşlı futbolçunu yeni mövsümdən heyətində görmək istəməsi səbəbsiz deyil. Əsas qol silahı Lautaro Martinesin İspaniya “Barselona”sına keçəcəyindən ehtiyatlanan “İnter” ona layiqli əvəzləyici tapıb.

Lakin almaniyalı futbolçunu ələ keçirmək asan olmayacaq. Çünki Verner təkcə “İnter” deyil, Almaniya “Bavariya”sı və İngiltərə “Liverpul”unun da hədəfindədir.

Qeyd edək ki, Timonun müqaviləsində onun transfer qiyməti kimi 60 milyon avro göstərilib.