13:55 17-04-2020
news_image
84
FUTBOL

“Yuventus” Buffonla anlaşdı – daha bir il

İtaliyanın “Yuventus” klubunun qapıçısı Canluici Buffon Turin təmsilçisi ilə müqaviləni uzatmağa razılıq verib.

Apasport.az saytının məlumatına görə, 42 yaşlı qolkiper daha bir il “ağ-qaralar”ın şərəfini qorumağa hazırdır.

Onun indiki müqaviləsi 2020-ci il iyunun 30-da başa çatacaq. Klub prezidenti Andrea Anyelli ilə qapıçı arasındakı razılığa görə bu müddət 2021-ci ilin yayına kimi uzadılacaq.

Tərəflər arasında rəsmi müqavilənin imzalanmasına isə koronavirus pandemiyası mane olur. Vəziyyət sabitləşdikdən sonra klub və futbolçu arasında anlaşma rəsmiləşdiriləcək.

Qeyd edək ki, Buffon cari mövsüm “Yuventus”un heyətində bütün turnirlərdə ümumilikdə 11 oyun keçirib və 9 qol buraxıb.