16:22 17-04-2020
news_image
181
FUTBOL

“Atletiko” Çempionlar Liqasına qatılacaq? – mövsüm başa çatmasa

İspaniya çempionatı başa çatdırılmasa, 6-cı pillədə qərarlaşan “Atletiko” da Çempionlar Liqasında iştirak edə bilər.

Apasport.az saytının məlumatına görə, bunu İspaniya mətbuatı iddia edir.

Bildirilir ki, La Liqadakı mövqeyinə əsasən Avropa Liqasında oynamalı olan Madrid təmsilçisi UEFA-nın xüsusi dəvəti ilə Çempionlar Liqasına qatılacaq. Qurum rəhbərliyi çempionatın bərpa olunmayacağı halda klubu belə mükafatlandırmağı  planlaşdırır. Belə dəvətə komandanın son illərdəki uğurlu avrokubok göstəriciləri səbəb olub.

Qeyd edək ki, 2014-cü və 2016-cı illərdə yalnız finalda uduzan “Atletiko” cari mövsümün 1/8 finalında son qalib “Liverpul”u mübarizədən kənarlaşdırıb.