17:40 17-04-2020
news_image
74
FUTBOL

İtaliyadan daha bir təklif - "Tottenhem"in futbolçusuna

"Tottenhem"in müdafiəçisi Yan Vertongen daha bir klubdan təklif alıb.

Apasport.az saytının məlumatına görə, "Roma" təcrübəli futbolçunu heyətinə cəlb etmək niyyətindədir.

Lakin "canavarlar" bu mübarizədə tək deyillər. Çünki A seriyasının daha iki təmsilçisi - "İnter" və "Napoli" də Belçika millisinin üzvü üçün ingilislərlə müraciət edib. 33 yaşlı oyunçunun müqavilə müddəti mövsümün sonuna qədər olduğundan, o, istənilən kluba azad agent kimi keçə bilər.

Qeyd edək ki, Yan Vertongen bu mövsüm Premyer Liqada 26 matçda iştirak edib, 2 qola imza atıb.