23:13 17-04-2020
news_image
237
FUTBOL

Halandla bağlı qərarını açıqladı - "Borussiya"

Dortmund "Borussiya"sı hücumçusu Erlinq Halandla bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, Bundesliqa təmsilçisi gənc forvardını satmağa razılıq verib.

"Real"ın son vaxtlardakı təzyiqinə cavabında almanlar "yox" deməyiblər. Ancaq İspaniya klubu Norveç millisinin üzvünün transferi üçün 2 il gözləməli olacaq. Çünki "Borussiya" rəhbərliyi yalnız 2022-ci ilin yayında bu keçidin baş tuta biləcəyini vurğulayıb. "Borussiya"nın baş direktoru Hans-Yoahim Vatske də "Real" prezidenti Florentino Pereslə söhbətində qərarlarını bildirib.

Qeyd edək ki, Erlinq Haland "Borussiya"ya bu ilin əvvəlində "Zalsburq"dan keçib.