23:28 17-04-2020
news_image
333
FUTBOL

Toxunulmaz "3-lük" - "Barselona"da

"Barselona" nəyin bahasına olursa-olsun mövsümün sonunda PSJ-nin hücumçusu Neymar və "İnter"in forvardı Lautaro Martinesi transfer etməkdə israrlıdır.

Apasport.az saytının məlumatına görə, Kataloniya klubu həmçinin müdafiənin sağ, mərkəz və yarımmüdafiənin mərkəzini gücləndirmək fikrindədir.

La Liqa təmsilçisi çox pul xərcləməmək üçün bu dəfə maraqlandığı oyunçulara qarşılıq öz futbolçularını təklif edəcək. Rəhbərlik üçün yalnız 3 oyunçu toxunulmazdır - qapıçı Mark-Andre ter Ştegen, yarımmüdafiəçi Frenki de Yonq və hücumçu Lionel Messi. Digər futbolçuların hamısından yeni transferlərlə dəyişdirilmək üçün istifadə edilə bilər.

Qeyd edək ki, hazırda Neymarın transferi 150, Martinesin keçidi isə 111 milyon avro dəyərində göstərilir.