00:23 18-04-2020
news_image
437
FUTBOL

"Barselona"ya təklif edilib - Kriştianu Ronaldo

"Mən 2007 və 2008-ci illərdə Kriştianu Ronaldo ilə maraqlananda "Mançester Yunayted" onu buraxmaq istəmirdi".

Apasport.az saytının məlumatına görə, bunu "Real"ın sabiq prezidenti Ramon Kalderon deyib.

O bildirib ki, "qırmızı şeytanlar"ın həmin vaxtkı baş məşqçisi Aleks Ferqyuson portuqaliyalı superulduzun "Barselona"ya satılmasını istəyib: "Ronaldo nə istədiyini dəqiq bilirdi, onun fikri "Real"da idi. Bu, unikal fürsət idi, şansı qaçıra bilməzdim. Aleks Ferqyuson Ronaldonu bizə satmaq istəmirdi. Çünki "Mançester Yunayted"dən daha çox kubok qazanmışdıq. Buna görə onu "Barselona"ya təklif etdilər. Kataloniyalılar sevinmişdilər, lakin Ronaldo "Real"ın formasını geyinməkdə qərarlı idi. Nəhayət, onu bizə satacaqlarına dair müqavilə bağladıq. Bunu pozsaydılar, 30 milyon avro təzminat ödəməli olacaqdılar".

Qeyd edək ki, Kriştianu Ronaldo "Real"a 2009-cu ildə 94 milyon avroya başa gəlib. Portuqaliyalı 9 il "kral klubu"nda oynadıqdan sonra 117 milyon avro qarşılığında "Yuventus"a keçib.