10:09 18-04-2020
news_image
178
FUTBOL

PSJ-nin hücumçusuna təklif - İtaliyadan

Fransanın PSJ klubunun futbolçusu Erik-Maksim Şupo-Motinq karyerasını İtaliyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, 31 yaşlı kamerunlu “Torino”nun transfer siyahısına düşüb.

Turin klubu hücumçunu mövsümün sonunda heyətinə qatmaq istəyir. Bu yay müqaviləsi başa çatan Şupo-Motinq azad agent statusu ilə A seriyası təmsilçisinə keçmək imkanı qazanacaq. “Torino” futbolçuya 2 illik müqavilə təklif edir. Afrikalı bu anlaşmaya əsasən ildə 2 milyon avro qazanacaq.

Qeyd edək ki, Erik-Maksim cari mövsüm PSJ-də bütün turnirlərdə üst-üstə keçirdiyi 17 matçda 5 qol vurub.