10:23 18-04-2020
news_image
3058
FUTBOL

"Azərbaycan spesifik variant idi" - "Boka Xuniors"un futbolçusu

"Boka Xuniors"un qapıçısı Markos Dias "Qarabağ"dan aldığı təklifə münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, argentinalı qolkiper mövsümün əvvəlində Azərbaycan klubundan təklif aldığını təsdiqləyib.

34 yaşlı dəri əlcək sahibi həmin vaxt tərəflər arasında bu barədə danışığın olduğunu da etiraf edib: "Boka Xuniors"dan ayrılmağa çox yaxın idim. Çünki Azərbaycandan özünəməxsus təklif almışdım, spesifik variant idi. Hətta klublar arasında danışıq da olmuşdu. Söhbət olmuşdu ki, əgər "Boka" pul qazanacaqsa, bu keçid reallaşsın. Mən özüm də orada müntəzəm oynamaq istəyirdim. Bu, yaxşı fürsət idi. Amma son anda transfer baş tutmadı".

Qeyd edək ki, Markos Diasın "Boka Xuniors"la müqavilə müddəti bu ilin yayına qədərdir.