10:58 18-04-2020
news_image
167
FUTBOL

Qalan oyunlar 5 həftədə keçiriləcək - Premyer Liqada

İngiltərə Premyer Liqası klubları koronavirus pandemiyası səbəbindən dayandırılan çempionatın bərpa edilməsini istəyirlər.

Apasport.az saytının məlumatına görə, bununla bağlı videokonfransda nümayəndələr öz fikirlərini bildiriblər.

Hətta mövsümün qalan hissəsi ilə bağlı bir neçə təqvim modeli təklif edilib. Hazırkı plana əsasən, Premyer Liqa iyunun 8-dən gec olmayaraq bərpa olunsun. Ancaq vəziyyətə görə, bu proses iyula qədər də çəkə bilər. İstənilən halda, qalan turların 5 həftə ərzində keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, İngiltərədə mayın 7-nə qədər karantin elan edilib.