11:44 18-04-2020
news_image
140
FUTBOL

"Sky" 13 Bundesliqa klubunu iflasdan qurtardı

Almaniya Bundesliqa klublarının yayım gəlirləri kəsilməyəcək.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası səbəbindən çempionatlar dayandırılmasına baxmayaraq, yayım hüququna malik "Sky" televiziyası son ödənişi də etmək qərarına gəlib.

Ümumilikdə mövsüm ərzində 900 milyon avro ödəməli olan "Sky" 4-cü - sonuncu ödəmə hissəsi olan 280 milyonu da klubların büdcəsinə köçürəcəyini açıqlayıb. Bu isə Bundesliqa və Bundesliqa II-də ümumilikdə 13 klubu iflasdan xilas edəcək.

Almaniyada 266, İngiltərədə isə 128 oyunu canlı göstərmək hüququna malik olan "Sky" Premyer Liqa ilə bağlı da eyni addımı atıb. "Sky"ın Premyer Liqa üçün ümumi yayım xərci 1 milyard 190 milyon funt-sterlinqdir. Mövsüm dayandırılsa da, 370 milyonluq son ödəməni edən "Sky" bu pulun geri qaytarılmayacağını açıqlayıb.

Qeyd edək ki, Almaniya Bundesliqası XXV, İngiltərə Premyer Liqası isə XXIX turdan sonra dayandırılıb.