13:14 18-04-2020
news_image
110
FUTBOL

Keynlə bağlı qərarını dəyişdi - "Mançester Yunayted"

"Mançester Yunayted" "Tottenhem"in hücumçusu Harri Keynlə bağlı fikrini dəyişib.

Apasport.az saytının məlumatına görə, "qırmızı şeytanlar" bu transferdən imtina ediblər.

London təmsilçisi forvardının satılmasından ən azı 200 milyon avroluq gəlir əldə etmək niyyətindədir. Ancaq mançesterlilər bu qədər xərcə düşmək istəmirlər və bu üzdən transferdən imtina ediblər. Premyer Liqa klubu həmçinin "Real"ın yarımmüdafiəçisi Hames Rodrigesi də artıq almaq istəmir.

Qeyd edək ki, Harri Keyn "Real"ın da transfer gündəmindədir.