13:32 18-04-2020
news_image
133
FUTBOL

“Mançester Siti” hücumçusunu buraxmadı - “Yuventus”a

İngiltərənin “Mançester Siti” klubu futbolçusu Qabriel Jesusu satmaqdan imtina edib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi 2017-ci ildə transfer etdiyi braziliyalı hücumçunu heyətində saxlamağa qərar verib.

Mançesterlilər 23 yaşlı forvardın İtaliya “Yuventus” klubuna keçidinə razı olmayıb. Buna komandanın baş məşqçisi Pep Qvardiolanın istəyi səbəb olub. İspaniyalı mütəxəssis rəhbərlikdən Qabrielin qalmasını tələb edib.

Qeyd edək ki, braziliyalı 2017-ci ildən şərəfini qoruduğu “Mançester Siti”də 139 oyuna 63 qol vurub və 25 məhsuldar ötürmə verib. İkiqat İngiltərə çempionu 3 dəfə Liqa kubokunu, 2 dəfə Superkubok, 1 dəfə ölkə kubokunu qazanıb. O, həmçinin Braziliya yığmasında Olimpiya Oyunları və Amerika kubokunun qalibidir.