14:08 18-04-2020
news_image
449
FUTBOL

Ronaldodan yataq paylaşımı - FOTO

Portuqaliya milli komandasının və İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldo növbəti paylaşımı ilə diqqət mərkəzinə düşüb.

Apasport.az saytının məlumatına görə, dünya futbolunun canlı əfsanəsi yataq şəklini instaqram səhifəsində yerləşdirib.

Hücumçu karantində açdığı səhəri nümayiş etdirib. Ronaldo həyat yoldaşı Corcina və uşaqlarının da yer aldığı fotoya qısa şərh də verib: “Günü başlamağın ən yaxşı yolu”.

Bir müddət əvvəl isə portuqaliyalı oğlu ilə videosunu paylaşmışdı. Həmin paylaşımda Ronaldonun balaca Mateo ilə necə vaxt keçirdiyi əks olunmuşdu.

Qeyd edək ki, İtaliya A seriyasının koronavirus pandemiyası üzündən dayandırıldığı vaxtda Kriştianu ailəsi ilə birlikdə Madeyra villasındakı adasında karantindədir.