22:31 18-04-2020
news_image
158
FUTBOL

Üç yeni futbolçu – paytaxt klubunun planları

İtaliyanın “Latsio” klubunun transfer planları bəlli olub.

Apasport.az saytının məlumatına görə, mövsümlərarası fasilədə heyətini gücləndirmək niyyətində olan Roma təmsilçisi qapı istisna olmaqla, hər xəttə bir futbolçu almağı planlaşdırır.

Paytaxt klubu “Verona”nın 20 yaşlı müdafiəçisi Maraş Kumbulanın transferində maraqlıdır. Lakin albaniyalının klubunun yüksək maliyyə tələbləri irəli sürməsi, romalıları düşünməyə vadar edir.

Yarımmüdafiə xəttini isə “Milan”da çıxış edən Cakomo Bonaventura gücləndirməlidir. Yayda klubu tərk edəcək 30 yaşlı futbolçunu azad agent kimi heyətə qatmaq mümkün olacaq.

Hücum xəttində fransalı Olivye Jirunu görmək istəyən Simone İnzaqinin arzusuna çatacağı o qədər də inandırıcı deyil. Çünki İngiltərə “Çelsi”sinin forvardına kifayət qədər müştərisi var. Lakin “Latsio”nun idman direktoru İqli Tare hər üç transferin gerçəkləşdirilməsi yönündə işlərə başlamağa hazırlaşır.