22:47 18-04-2020
news_image
117
FUTBOL

PSJ “Milan”a müraciət göndərdi - əlcəzairli yarımmüdafiəçi üçün

Fransanın PSJ klubu İsmael Bennaseri transfer etməyə qərar verib.

Apasport.az saytının məlumatına görə, Paris təmsilçisi dayaq yarımmüdafiəçisinin çıxış etdiyi İtaliya “Milan”ına rəsmi müraciət göndərib.

Liqa1 klubu futbolçunu bu ilin yayında heyətində qatmaq niyyətindədir. PSJ-nin direktoru Leonardo bir il əvvəl “Milan”da çalışdığı vaxt “Empoli”dən transferinə təşəbbüs göstərdiyi əlcəzairlini yeni klubunda görməyin tərəfdarıdır.

Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçi Əlcəzair millisində 22 oyun keçirib.