01:23 19-04-2020
news_image
390
FUTBOL

“Koronavirusa yoluxduğumuzdan şübhələnirəm" - Kevin De Bruyne

"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyne koronavirus infeksiyasına yoluxma ehtimallarının olduğunu açıqlayıb.

Apasport.az saytının məlumatına görə, Belçika millisinin üzvü bununla bağlı şübhələrinin olduğunu söyləyib.

28 yaşlı ulduz futbolçu ailəliklə hamısının xəstəlik keçirdiyini bildirib: "Karantinin ilk iki həftəsində ailəliklə xəstələndik. Müəyyən vaxtlarda səhhətimiz pisləşdi, amma indi hamı yaxşıdır. Əvvəlcə kiçik övladım xəstələndi, sonra böyük oğlum və həyat yoldaşım. Amma bunun koronavirus olub-olmadığını bilmirik. Açığı, bundan şübhəm var. Testdən keçmədik, artıq xəstəlik geridə qalıb. Son günlər yaxşı vəziyyətdəyik".

Qeyd edək ki, İngiltərə Premyer Liqası XXIX turdan sonra dayandırılıb. Hazırda "Mançester Siti" 57 xalla ikinci pillədə qərarlaşır və lider "Liverpul"dan 25 xal geri qalır.