12:13 19-04-2020
news_image
67
FUTBOL

Daha bir imtina - Keyndən

"Tottenhem"in hücumçusu Harri Keynlə bağlı daha bir klub qərarını dəyişib.

Apasport.az saytının məlumatına görə, "Mançester Yunayted"dən sonra "Real" da ulduz futbolçudan imtina edib.

Buna səbəb koronavirus pandemiyasının yaratdığı maliyyə problemidir. "Kral klubu" büdcəsində yaranmış geriləmə üzündən 26 yaşlı forvarda görə tələb olunan 200 milyon avroluq məbləği ödəməkdən boyun qaçırıb. Ümumiyyətlə, İspaniya nəhəngi mövsümün sonunda transferlərə böyük məbləğdə pul ayırmayacaq.

Qeyd edək ki, Harri Keyn bu mövsüm 25 oyunda 17 qol vurub.