12:22 19-04-2020
news_image
93
FUTBOL

Rodriqo üçün sorğu göndərdi - “Arsenal”

İspaniyanın “Valensiya” klubunun futbolçusu Rodriqo Moreno karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, “Arsenal” hücumçunun transferi ilə bağlı “yarasalar”a rəsmi sorğu göndərib.

London klubu gələn ilin yayında müqaviləsi başa çatacağı üçün komandadan ayrılacağı gözlənilən Pyer-Emerik Obameyanqı Rodriqo ilə əvəzləmək niyyətindədir. İspaniya təmsilçisi də oyunçunu buraxmağın əleyhinə deyil.

Qeyd edək ki, Braziliyada anadan olub, sonradan ailəsi ilə birlikdə İspaniyaya köçən Rodriqo “Real”, Portuqaliyada “Benfika”, İngiltərədə “Bolton”un şərəfini qoruyub.