17:27 19-04-2020
news_image
1428
TOP OYUNLARI

Ziya Rəcəbovlu "Cakarta" çempion elan edildi - Odina Əliyeva fərqləndirildi

Azərbaycanlı baş məşqçi Ziya Rəcəbovun çalışdırdığı “Cakarta” (Pertamina) voleybol klubunun İndoneziya çempionu olması rəsmiləşib. 

Apasport.az saytının məlumatına görə, bu barədə yerli Voleybol Federasiyası qərar verib. 

Onlar müntəzəm çempionatın qalibi olan “Cakarta”nı koronavirus pandemiyası səbəbindən pley-off mərhələsində yarımçıq dayandırılan 2019/2020 mövsümünün də ən güclüsü elan ediblər. Nəticədə CEV kubokunun üçüncüsü olmuş Ziya Rəcəbov, həmçinin Azərbaycan millisinin unudulmaz simaları – Natalya Məmmədova və Odina Əliyeva vətənə İndoneziya çempionu kimi qayıdacaqlar. 

Əliyeva birinci olmaqla yanaşı, 3 nominasiyada da fərqləndirilib. 30 yaşlı voleybolçu I mərhələnin bombardiri, çempionatın ən yaxşı hücumçusu və ən dəyərli oyunçusu seçilib. 

Qeyd edək ki, sərhədlər pandemiya səbəbindən bağlı olduğundan Ziya Rəcəbov, Natalya Məmmədova və Odina Əliyeva hələlik İndoneziyadadır.