18:00 19-04-2020
news_image
204
FUTBOL

Ronaldo Messidən öndə - ikiqat fərq

"Yuventus"un hücumçusu Kriştianu Ronaldonun sosial şəbəkələrdəki izləyicisi durmadan artır.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı superulduzun sosial paylaşım səhifələrindəki izləyici sayı ötən ilin apreli ilə müqayisədə 61 milyon nəfər artıb.

Hazırda onun ümumi təqibçilərinin sayı 422 milyonu keçib. 35 yaşlı forvardın bu müddət ərzində ən böyük yüksəlişi instaqramda olub. Buradakı izləyici sayı 162 milyondan 213 milyona çatıb. Tvitterdəki izləyiciləri 77 milyondan 83 milyona, feysbukda isə 122 milyondan 126 milyona yüksəlib.

Ronaldo bununla feysbuk və instaqramda ən çox təqib edilən kişi ünvanını qoruyub. Onu feysbukda kolumbiyalı müğənni Şakira (99 milyon), ABŞ-lı aktyor Vin Disel (94 milyon) və amerikalı repçi Eminem (82 milyon) izləyirlər. Portuqaliya millisinin kapitanının instaqramda ən yaxın izləyiciləri ABŞ-lı müğənnilər Ariana Qrande (18 milyon), Selena Qomes (173 milyon) və həmin ölkənin aktyoru Dueyn Consondur (179 milyon).

PSJ-nin hücumçusu Neymar sosial mediada ən çox izlənilən ikinci futbolçudur. Onun instaqramda 137 milyon, feysbukda 59 milyon, tvitterdə isə 46 milyonluq təqibçisi var. Sosial mediada o qədər də fəal olmayan "Barselona"nın kapitanı Lionel Messi yaşıl meydanlardakı əsas rəqibi Ronaldodan bu yarışda təxminən iki dəfəyə yaxın geridə qalır - 241 milyon izləyici. Tvitter hesabı olmayan Messinin instaqramda 148 milyon, feysbukda isə 93 milyon izləyicisi var.