21:32 19-04-2020
news_image
88
FUTBOL

Satış qiyməti bəlli oldu - “Nyukasl”ın

İngiltərənin “Nyukasl” klubunun satılacağı qiymət müəyyənləşib.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu klubun indiki sahibi Mayk Eşliyə 377 milyon dollar ödəyəcək.

Alqı-satqının yaxın müddətdə rəsmiləşəcəyi gözlənilir. Premyer Liqa klubunun yeni sahibləri artıq yay transferləri üçün planlarını da qurub. Baş məşqçi Stiv Brüs yeni oyunçular üçün 200 milyon funt sterlinqdən yararlana biləcək.

Qeyd edək ki, “Nyukasl” koronavirus pandemiyası üzündən dayanan Premyer Liqanın turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.