21:46 19-04-2020
news_image
770
FUTBOL

Dünyanın ən sürətli futbolçuları açıqlandı

Dünyanın ən sürətli futbolçularının siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Fransanın “Le Figaro” nəşrinin hazırladığı cədvəldə planetin 10 oyunçusu yer alıb.

Siyahıya Fransa millisinin və PSJ-nin hücumçusu Killian Mbappe başçılıq edir. Onun sürəti 36 km/s hesab olunur.

Müqayisə üçün bildirək ki, yamaykalı atlet Useyn Boltun maksimal sürəti 44,72 km/s olub. O, 2009-cu ildəki dünya çempionatında imza atdığı rekord zamanı bunu bacarıb. Boltun məsafədəki orta sürəti isə 37,58 km/s bərabər olub.

1. Killian Mbappe (PSJ) – 36,0
2. İnyaki Vilyams (“Atletiko”) – 35,7
3. Pyer-Emerik Obameyanq (“Arsenal”) – 35,5
4. Kərim Bellarabi (“Bayer”) – 35,27
5. Kayl Uoker (“Mançester Siti”) – 35,21
6. Leroy Sane (“Mançester Siti”) – 35,04
7. Məhəmməd Salah (“Liverpul”) – 35,0
8. Kinqsli Koman (“Bavariya”) – 35,0
9. Alvaro Odriosola (“Bavariya”) – 34,99
10. Naço Fernandes (“Real”) – 34,62