00:13 20-04-2020
news_image
250
FUTBOL

Kyeza “Yuventus”a “hə” dedi, “Fiorentina” qiymət “oxuyur”

İtaliyanın “Yuventus” klubu yeni futbolçu transfer edir.

Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi “Fiorentina”nın hücumçusu Federiko Kyeza ilə anlaşıb.

Uzun müddətdir 22 yaşlı forvarda maraq göstərən “ağ-qaralar” onun razılığını almağa müyəssər olub. Kyeza yeni komandasında ildə 5 milyon avro qazanacaq.

Transfer üçün “Fiorentina”ya 50 milyon avro təklif olunub. Lakin Florensiya təmsilçisinin sahibi Rokko Komisso bu qiymətlə razılaşmaq niyyətində deyil. O, 60 milyon avrodan aşağı məbləğə razı olmayacağını açıqlayıb.

Qeyd edək ki, “Fiorentina”nın yetirməsi olan Federiko cari mövsüm 26 oyunda 5 qol vurub.