00:22 20-04-2020
news_image
147
FUTBOL

Noyabrın 15-dək azarkeş görməyəcək - “Nou Kamp”

İspaniyanın “Barselona” klubu ev oyunlarının azarkeşlərlə keçirilməsi ehtimalı ilə bağlı araşdırmalar aparıb.

Apasport.az saytının məlumatına görə, yekun hesabatda koronavirus pandemiyasından sonra “Nou Kamp”da tamaşaçıların olub-olmasının mümkünlüyü əksini tapıb.

La Liqa təmsilçisinin hazırladığı sənəddə iki variant yer alıb. Bunlardan biri hadisələrin daha yaxşı axarı üçün hesablanıb. Gözlənilir ki, cari mövsüm iyunun 15-də bərpa olunub avqustun ortalarınadək davam etsin. Bu matçların hamısı azarkeşsiz keçirilməlidir. Fanatların “Nou Kamıp”a donuşü isə ən yaxşı halda noyabrın 15-də gözlənilir.

Digər variantda isə oyunlar 2021-ci ilin fevralınadək azarkeşsiz keçiriləcək. Bu ssenaridə bütün turnirlər bərpa olunmadan başa çatacaq, transfer dövrü avqustun 15-dən yeni mövsümün start götürəcəyi tarix - sentyabrın 15-dək davam edəcək.