10:22 20-04-2020
news_image
89
FUTBOL

“Çempionatda komanda sayını artırmaq lazım deyil” – sabiq prezident

“Əminəm ki, koronavirus pandemiyası FİFA-nın indiki prezidenti Canni İnfantinonun dünya çempionatındakı komanda sayının 48-ə qədər çatdırılması ideyasına diqqəti artıracaq”.

Apasport.az saytının məlumatına görə, bunu FİFA-nın sabiq prezidenti Yozef Blatter deyib.

İsveçrəli futbol mütəxəssisi dünya çempionatlarındakı komanda sayının 32-dən 48-ə qaldırılmasına münasibət bildirib. Blatter bu addımı düzgün saymadığını gizlətməyib: “İndi mundialda 32 komanda oynayır. Amma düşünürəm ki, indi bir az geri qayıtmalıyıq. İlk növbədə milli çempionatlar, sonra konfederasiyalar, yalnız sonra dünya çempionatı olmalıdır. Mənə elə gəlir ki, çempionatda komanda sayını artırmaq lazım deyil – bu, asan olmayacaq. İndi elə şərait yaranıb ki, UEFA da ilk sırada milli çempionatların, sonra beynəlxalq yarışların olması ilə razılaşar”.