14:59 20-04-2020
news_image
76
FUTBOL

"Barselona"dan getmək istəyir - qapıçısı

"Barselona"nın qapıçısı Neto komandanı tərk edə bilər.

Apasport.az saytının məlumatına görə, 31 yaşlı qolkiper sabiq komandası "Valensiya"ya qayıtmaq barədə düşünür.

"Barselona"dakı durumundan narazı qalan Neto daha çox oyun təcrübəsi üçün "yarasalar"a qayıtmağa müsbət yanaşır. O, bununla Braziliya yığmasında Alisson Bekker və Ederson Moraeşlə də rəqabət apara biləcəyini düşünür. Həmçinin Kataloniya klubu da onun gedişinə razıdır. Rəhbərlik bu transferdən 20-25 milyon avroluq gəlir götürmək niyyətindədir.

Qeyd edək ki, "Barselona" Netonu ötən ilin yayında 26 milyon avro qarşılığında "Valensiya"dan alıb.