15:54 20-04-2020
news_image
162
DİGƏR NÖVLƏR

“Formula-1”in mərhələsini azarkeşsiz qəbul etməyə hazırdır - İspaniya

İspaniya “Formula-1” üzrə dünya çempionatının mərhələsini azarkeşsiz qəbul etməyə hazırdır.

Apasport.az saytının məlumatına görə, bunu “Barselona-Kataloniya” avtodromunun direktoru Xoan Fontere açıqlayıb.

O bildirib ki, zəruri olarsa, İspaniya Qran-Prisi tamaşaçısız baş tutacaq: “Biz “Formula-1” rəhbərliyi ilə müxtəlif variantları müzakirə etdik. Bunların birində mövsüm yayda, digərində sentyabrda başlayacaq. Bizdən yarışın yayda başlayacağı halda, Qran-Prini bağlı qapılar arxasında, azarkeşsiz keçirə bilməyəcəyimizi soruşdular. Əlbəttə, bacararıq. Əgər 2020-ci il mövsümünün çempionatı keçirilsə, biz növbəti mövsümə də hazırlaşa bilərik. Yarışı bilet satışı lazım olmadan 2-3 həftəyə təşkil etmək mümkündür. Burada problem ondadır ki, promouterlər bilet satışından qazancdan məhrum olur. “Formula-1” ilə müqaviləmiz də indiki kimi olmayacaq. Biz hələ ki, detalları nəzərdən keçirməmişik. Çünki heç kim bilmir ki, mövsüm başlaya bilər, yoxsa şərtlər dəyişər”.