15:58 20-04-2020
news_image
326
FUTBOL

Müflis oldu - Belçika klubu

Belçikanın ikinci liqa təmsilçisi "Lokeren" müflis elan olunub.

Apasport.az saytının məlumatına görə, bu barədə yerli Ticarət Məhkəməsi qərar qəbul edib.

Klub rəhbərliyi məhkəmənin bu qərarına etiraz edilməyəcəyini açıqlayıb. "Lokeren" 5 milyon avroluq borcuna görə müflis elan edilib. Artıq bir müddətdir ki, futbolçulara və məşqçilər heyətinə maaş da verilmir.

2014-cü ildə Belçika kubokunu qazanan "Lokeren" ötən il yüksək liqanı tərk edib.

Qeyd edək ki, koronavirus pandemiyasının yaratdığı maliyyə probleminə görə, Slovakiyanın "Jilina" klubu artıq fəaliyyətini dayandırıb.