16:01 20-04-2020
news_image
571
FUTBOL

Çin çempionatı yayda başlayır – klub rəsmisi

Futbol üzrə Çin çempionatı iyunda başlaya bilər.

Apasport.az saytının məlumatına görə, bunu “Quançjou R&F” klubunun direktorlar şurasının sədri Xuan Şenxua açıqlayıb.

O bildirib ki, koronavirus pandemiyası üzündən startı verilməyən yeni mövsüm yayda başlamalıdır: “İndiki vəziyyətin qiymətləndirilməsinə əsasən, yeni mövsüm iyunun sonlarında başlayacaq”.

Qeyd edək ki, koronavirusun yayıldığı ilk ölkə olan Çin pandemiyanı sabitləşdirməyə nail olub.