17:18 20-04-2020
news_image
204
FUTBOL

İstədiyi ilk futbolçu - Zidanın

"Real"ın baş məşqçisi Zinəddin Zidan gələn mövsüm ixtiyarında görmək istədiyi ilk futbolçunu müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, fransalı mütəxəssis "Bavariya"nın müdafiəçisi David Alabanın keçidində maraqlıdır.

O, ulduz futbolçunu sol cinah müdafiəçisi Marseloya ən layiqli əvəzləyici qismində görür. Zizu bu istəyini rəhbərliyə də çatdırıb. Alabanın "Bavariya" ilə müqavilə müddəti gələn ilin yayına qədərdir və tərəflər bunun uzadılmasında ortaq məxrəcə gələ bilməyiblər. Bu üzdən madridlilər Avstriya millisinin üzvünü ucuz qiymətə ala biləcəklərini düşünürlər. Onunla həmçinin "Barselona" da maraqlanır.

Qeyd edək ki, 28 yaşlı müdafəçi bu mövsüm 28 oyunda 1 qol vurub, 2 assit edib.