18:01 20-04-2020
news_image
203
FUTBOL

“Real” 6 minlik stadiona köçür

İspaniyanın “Real” klubu ev oyunlarını cəmi 6 min tutuma malik “Alfredo di Stefano” stadionda keçirə bilər.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası ilə bağlı La Liqada yaranan fasilədən sonra matçlar tamaşaçısız keçirilsə, madridlilər özünün əvəzediciləri olan “Kastilya”nın stadionunda oynamağa üstünlük verəcək.

“Kral klubu” özünün Valdebebasdakı bazasında yerləşən arenada rəqiblərini qəbul edəcək. Bu, həm də “Santyaqo Bernabeu” stadionundakı yenidənqurma işlərinin sürətləndirilməsi baxımından məqsədəuyğun olacaq.