18:16 20-04-2020
news_image
124
FUTBOL

10 milyonluq fond yaradıldı - futbolçulara kömək üçün

İspaniya Kral Futbol Federasiyası, La Liqa rəhbərliyi və idman nazirliyi arasında görüş keçirilib.

Apasport.az saytının məlumatına görə, məqsəd futbolçularla bağlı yaranmış problemi aradan qaldırmaqdır.

Çünki koronavirus pandemiyası səbəbindən əksər klublar oyunçuların maaşlarını kəsiblər. İspaniya Kral Futbol Federasiyası, La Liqa rəhbərliyi və idman nazirliyi əmək haqqı azaldılan oyunçulara kömək məqsədilə fond yaratmaq qərarına gəliblər. Həmin fond 10 milyon avro təşkil edəcək və bu məbləğ müəyyən edilmiş futbolçulara veriləcək.

Qeyd edək ki, İspaniya La Liqası XXVII turdan sonra dayandırılıb. Hazırda "Barselona" 58 xalla turnir cədvəlinə başçılıq edir.