23:19 20-04-2020
news_image
83
FUTBOL

"Üç aydan tez olmamaq şərti ilə oyunları bərpa edəcəyik"

İtaliya yığmasının müdafiəçisi Françesko Açerbi A seriyasının yaxın müddətdə bərpa olunmasına inanmır.

Apasport.az saytının məlumatına görə, A seriyası Oyunçular Birliyinin İdarə Heyətinin üzvü olan "Latsio"nun futbolçusu qalan turların keçirilməsi tərəfdarı olduqlarını bildirib.

32 yaşlı oyunçu bununla bağlı danışıqların davam etdirildiyini vurğulayıb: "Ümid edirəm ki, bütün lazımi tədbirlərə riayət edərək mövsümü ən qısa müddətdə yaşıl meydanlarda başa vuracağıq. Yalnız bundan sonra gələn mövsümə başlaya və oynaya bilərik. Hətta milli komandaların oyunları üçün yaranan fasilələr zamanı da çempionat görüşləri keçirmək olar. A seriyasının Oyunçular Birliyi İdarə Heyətinin üzvüyəm, matçları davam etdirmək istəyirik. Ancaq bunu edərkən hər kəsin təhlükəsizliyi də nəzərə alınmalıdır. Bu mənada mənə elə gəlir ki, üç aydan tez olmamaq şərti ilə oyunları bərpa edəcəyik".

Qeyd edək ki, İtaliya A seriyası XXVI turdan sonra dayandırılıb.