00:00 21-04-2020
news_image
367
FUTBOL

A seriyası davam etdirilməsin – 8 klub

İtaliya A seriyasının 8 klubu koronavirus pandemiyası üzündən dayandırılan çempionatın bərpa olunmasına qarşı çıxıb.

Apasport.az saytının məlumatına görə, onlardan yeddisinin adı bəllidir.

Bunlar “Torino”, “Sampdoriya”, “Fiorentina”, “Parma”, “Breşiya”, “Spal” və “Bolonya” klublarıdır. Bu komandalar koronavirusa yoluxmaq riskinə görə çempionatın davam etdirilməsini istəmir.

A seriyasının rəhbərliyi aprelin 21-də klub nümayəndələri ilə videokonfransda yarışın bərpa perspektivini müzakirə edəcək.