00:27 21-04-2020
news_image
145
FUTBOL

Doğma klubuna qayıdır - David Silva

"Mançester Siti"nin yarımmüdafiəçisi David Silva mövsümün sonunda komandasını dəyişəcək.

Apasport.az saytının məlumatına görə, "şəhərlilər"i tərk edəcəyi dəqiq olan ulduz futbolçu karyerasını vətəni İspaniyada davam etdirməyə hazırlaşır.

34 yaşlı orta sahə oyunçusu doğma komandası "Valensiya"ya dönməyə çox yaxındır. "Milan" və "Sevilya"nın da maraq dairəsində olan Silva "yarasalar"ın rəhbərliyi ilə danışıqlar aparır. La Liqa təmsilçisi ona 3 illik müqavilə təklif edib. Məhz bu amil yığmanın sabiq üzvünün seçiminə ciddi təsir edə bilər.

Qeyd edək ki, David Silva 2004-2010-cu illərdə "Valensiya"nın əsas komandasında çıxış edib. O, 2010-cu ildən bəri "Mançester Siti"nin formasını geyinir.